Almaniya FİFA reytinqində ilk onluqdakı yerini itirib

2 İyul 2026 22:03
70
Almaniya FİFA reytinqində ilk onluqdakı yerini itirib

Almaniya DÇ-2026-dan kənarlaşdırıldıqdan sonra FİFA-nın ən yaxşı 10 milli komandası siyahısından çıxıb.

İdman.Biz xəbər verir ki, Almaniya millisi 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq (1:1, penaltilərdə 3:4) turnirdəki iştirakını dayandırıb.

Bu sensasiyalı məğlubiyyətdən sonra Almaniya reytinqdə iki pillə geriləyərək 12-ci yerə düşüb.

Paraqvay 1/8 finalda Fransa ilə qarşılaşacaq.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz