Fərid Qayıbov: “DÇ-2026-nın bəzi qarşılaşmalarına canlı baxa bilmirəm”

2 İyul 2026 13:18
145
Fərid Qayıbov: “DÇ-2026-nın bəzi qarşılaşmalarına canlı baxa bilmirəm”

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-nı izlədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, nazir bu barədə Bakıda keçirilən UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası üzrə Tərəflər Konfransının 10-cu sessiyasının son günündə jurnalistlərə açıqlamasında bildirib.

F.Qayıbov turnirin oyunlarını imkan daxilində izləməyə çalışdığını deyib:

“Təbii ki, bəzi oyunlara canlı baxa bilmirəm. Buna səbəb oyunların gecə keçirilməsi və saat fərqidir. Amma sonradan hesablara, oyunların icmallarına baxıram”.

İdman.Biz