Baş məşqçi acı xəbəri mətbuat konfransında aldı - VİDEO

2 İyul 2026 13:52
85
Baş məşqçi acı xəbəri mətbuat konfransında aldı - VİDEO

Konqo DR futbol millisinin baş məşqçisi Sebastyen Desabre DÇ-2026-da İngiltərəyə məğlubiyyətdən sonra ağır xəbər alıb.

İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis atasının vəfatı barədə mətbuat konfransının sonunda məlumatlandırılıb.

Hadisə Konqo DR millisinin İngiltərəyə 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşmasından sonra baş verib. Komandanın mətbuat xidmətinin nümayəndəsi jurnalistlər qarşısında Desabreyə başsağlığı verib. Baş məşqçinin bu xəbərə təəccüblə reaksiya verdiyi, təşəkkür etdikdən sonra zalı tərk etdiyi bildirilib.

Qeyd edək ki, Konqo DR İngiltərə ilə görüşdə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. İngiltərə Harri Keynin qolları ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

İdman.Biz