Türkiyə millisinin sabiq futbolçusu: “Montellanın etdiyi dəyişikliklər səhv idi”

2 İyul 2026 13:33
71
Türkiyə millisinin sabiq futbolçusu: “Montellanın etdiyi dəyişikliklər səhv idi”

“Vinçentso Montellanın dünya çempionatı zamanı etdiyi dəyişikliklər səhv idi”.

Bu sözləri Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Fatih Sonkaya ölkəsinin DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırması ilə bağlı danışarkən deyib.

“Vinçentso Montellanın yerində olsaydım, istefa verərdim. Dünya çempionatında uğursuz oldunsa, getməlisən. Bunun başqa adı yoxdur”.

O, Türkiyə millisinə yerli baş məşqçi təyin edilməsinin tərəfdarı olduğunu söyləyib.

“Türkiyə millisi 2002-ci ildəki dünya çempionatında Şenol Günəşlə üçüncü oldu. Fatih Terim 2008-ci ildə Avropa çempionatında yarımfinaladək irəlilədi. Bu uğurların hamısı yerli məşqçilərin hesabına başa gəlib”, - deyə o AZƏRTAC-a açıqlamasında qeyd edib.

Veteran müdafiəçi dünya çempionatındakı favoritini də açıqlayıb:

“Hazırkı durumda Fransa millisi kuboku qazanmağa daha yaxın görünür. Onların çox yaxşı heyəti var. Azarkeşlik etdiyim yığma Portuqaliya olsa da, düşünmürəm ki, dünya çempionu olsunlar”.

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsini üç xalla sonuncu – dördüncü yerdə başa vurub.

Xatırladaq ki, Portuqaliyada “Portu” komandasının da formasını geyinmiş Fatih Sonkaya yığmanın heyətində 6 matçda meydana çıxıb.

İdman.Biz