Vitinya: “Bu oyun Modriç üçün məndən daha kədərli olacaq”

2 İyul 2026 15:32
88
Vitinya: “Bu oyun Modriç üçün məndən daha kədərli olacaq”

Portuqaliya futbol millisinin yarımmüdafiəçisi Vitinya DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçiriləcək oyun öncəsi Luka Modriç barədə danışıb.

İdman.Biz xəbər verir ki, PSJ-nin futbolçusu xorvatiyalı kapitanı özü üçün nümunə hesab etdiyini bildirib.

Vitinya Modriçlə daha əvvəl rəqib kimi qarşılaşdığını və onunla forma dəyişdiyini deyib. Bununla belə, portuqaliyalı yarımmüdafiəçi komandasının məqsədini şəxsi simpatiyadan üstün tutduğunu vurğulayıb:

“Modriç mənim üçün kumirdir. Ona qarşı oynamışam, formamızı dəyişmişik. Amma ona oxşayıb-oxşamadığım barədə danışmağı sevmirəm. Ümid edirəm ki, bu oyun onun üçün məndən daha kədərli olacaq”.

26 yaşlı futbolçu Portuqaliyanın turnirdə keçirdiyi bütün oyunlarda meydana çıxıb. Komanda K qrupunu ikinci pillədə başa vurub.
Xorvatiya da L qrupundan ikinci yerlə pley-offa yüksəlib.

İdman.Biz