Unai Simon mundialda qapısını toxunulmaz saxlamaqda yeni rekord müəyyənləşdirib

3 İyul 2026 02:07
75
Unai Simon mundialda qapısını toxunulmaz saxlamaqda yeni rekord müəyyənləşdirib

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Avstriyaya qarşı (3:0) matçda qapısını toxunulmaz saxlayıb.

İdman.Biz FİFA-nın rəsmi saytına istinadən bildirir ki, qapıçı bununla da dünya çempionatında yeni qol buraxmama rekorduna imza atıb.

İspaniyalı qapıçı 519 dəqiqə qol buraxmayıb. Bununla o əvvəlki rekordçu, İtaliyanın keçmiş qapıçısı Valter Zenqanı (517 dəqiqə) geridə qoyub.

Simon sonuncu dəfə 2 dekabr 2022-ci ildə dünya çempionatında qol buraxıb, o zaman Yaponiya İspaniyanı 2:1 hesabı ilə məğlub edib.

Simon İspaniya üçün 62 oyun keçirib. Bu müddət ərzində o, 48 qol buraxıb və 28 dəfə qapısını “təmiz” saxlayıb. Luis de la Fuentenin komandası 1/8 finalda Portuqaliya-Xorvatiya oyununun qalibi ilə qarşılaşacaq.

İdman.Biz