Vitor Pereyra “Nottingem Forest”in baş məşqçisi vəzifəsindən ayrılıb.
İdman.Biz bildirir ki, klub bu barədə rəsmi saytında məlumat verib.
Pereyra 2026-cı ilin fevral ayından bəri İngiltərə klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında “Nottingem” 2025/26 mövsümünü İngiltərə Premyer Liqasında 16-cı yerdə başa vurub və Avropa Liqasının yarımfinalına yüksəlib. Onun məşqçilər heyəti də klubdan ayrılıb.
“Vitora və komandasına klubda olduqları müddət ərzində göstərdikləri zəhmət və fədakarlığa görə səmimi minnətdarlığımızı bildirmək istəyirik.
Onlar “Forest”i inanılmaz fədakarlıqla təmsil etdilər, klubun Premyer Liqada yer qazanmasına kömək etdilər, komandanı UEFA Avropa Liqasının yarımfinalına çıxardılar və bizim qurmağa davam edəcəyimiz təməlləri qoydular.
“Nottingem Forest”dəki hər kəs onların əhəmiyyətli səylərinə və oyunçularımız, işçi heyətimiz və azarkeşlərimizlə qurduqları münasibətlərə görə minnətdardır. Hamısına təşəkkür edirik və karyeralarının növbəti mərhələsində uğurlar arzulayırıq", - klub rəsmi saytında yazıb.
