Messi “The Best FIFA 2023" mükafatına layiq görülüb - FOTO/YENİLƏNİB

Xəbərlər
16 Yanvar 2024 01:12
895
Messi “The Best FIFA 2023" mükafatına layiq görülüb - FOTO/YENİLƏNİB

Bu gün FİFA 2023-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, “The Best FIFA Football Awards 2023”ün qalibləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq mərasimdə mükafatlandırılıb.

İlin ən yaxşı kişi futbolçusu mükafatına Lionel Messi layiq görülüb. Qalib olmasına baxmayaraq, Argentina yığmasının kapitanı tədbirdə iştirak etməyib. O, 2023-cü ildə "Qızıl top" mükafatını da qazanıb.

Eyni uğuru qadın futbolçu Aitana Bonmati də təkrarlayıb. "Qızıl top"un qalibi "Barselona"nın yarımmüdafiəçisi FİFA-nın sorğusunda ən yaxşı seçilib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilin ən yaxşı məşqçisi nominasiyasında birinci olub.

İlin ən yaxşı kişi futbolçusu
Lionel Messi (PSJ/“İnter Mayami”)

İlin ən yaxşı qadın futbolçusu
Aitana Bonmati (“Barselona”)

İlin ən yaxşı kişi məşqçisi
Pep Qvardiola (“Mançester Siti”)

İlin ən yaxşı qadın məşqçisi
Sarina Uiqman (İngiltərə)

İlin ən yaxşı kişi qapıçısı
Ederson (“Mançester Siti”, İngiltərə)

İlin ən yaxşı qadın qapıçısı
Meri İrps (“Mançester Siti”, İngiltərə)

İlin ən yaxşı qolu (Puşkaş mükafatı)
Gilyerme Madruqa ("Botafoqo", Braziliya)

FİFA Fair Play mükafatı
Braziliya futbol yığması

FİFA-nın xüsusi mükafatı
Marta (Braziliya)

İlin ən yaxşı azarkeşi
Uqo Daniel "Toto" ("Kolon Santa Fe" klubunun körpə azarkeşi)

İlin ən yaxşı kişi komandası
Qapıçı:
Tibo Kurtua ("Real")
Müdafiəçilər: Kayl Uolker (“Mançester Siti”), Con Stounz (“Mançester Siti”), Ruben Diaş (“Mançester Siti”)
Yarımmüdafiəçilər: Kevin De Bruyne (“Mançester Siti”), Cud Bellingem ("Borussiya D"/"Real"), Bernardu Silva (“Mançester Siti”)
Hücumçular: Lionel Messi (PSJ/"İnter Mayami"), Kilian Mbappe (PSJ), Erlinq Holand (“Mançester Siti”), Vinisius Junior ("Real")

İlin ən yaxşı qadın komandası
Qapıçı:
Meri İrps (“Mançester Siti”)
Müdafiəçilər: Aleks Qrinvud (“Mançester Siti”), Lusi Bronze (“Barselona”), Olqa Karmona ("Real")
Yarımmüdafiəçilər: Aitana Bonmati (“Barselona”), Ella Tune (“Mançester Yunayted”), Keyra Uolş (“Barselona”)
Hücumçular: Aleks Morqan ("San Dieqo", Alessia Russo (“Arsenal”), Lauren Ceyms (“Çelsi”, İngiltərə), Samanta Kerr (“Çelsi”)

--------

11:07

Bu gün FİFA 2023-cü ilin ən yaxşılarının adlarını açıqlayacaq.

İdman.biz xəbər verir ki, “The Best FIFA Football Awards 2023”ün qalibləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq mərasimdə mükafatlandırılacaq.

Müxtəlif nominasiyalarda ilin ən yaxşıları bəlli olacaq. Sentyabrın 14-də ilkin siyahını açıqlayan FİFA dekabrın 14-də hər mükafata üç namizədi müəyyənləşdirib.

Ən yaxşı futbolçu adına Erlinq Haland (Norveç, “Mançester Siti”), Kilian Mbappe (Fransa, PSJ) və Lionel Messi (Argentina, “İnter Mayami”) namizəddir.

Ən yaxşı qapıçı nominasiyasında Yassin Buno (Mərakeş, “Sevilya”, “Əl-Hilal”), Ederson (Braziliya, “Mançester Siti”) və Tibo Kurtua (Belçika, “Real”) mükafata iddia edir.

Ən yaxşı məşqçi adına namizədlər Pep Qvardiola (“Mançester Siti”), Luçano Spalletti (“Napoli”) və Simone İnzaqidir (“İnter”).

Tədbirdə ən yaxşı qadın futbolçu, qadın məşqçi, qadın qapıçı, həmçinin ən gözəl qolun müəllifi üçün təsis olunan Puşkaş mükafatı və fan mükafatı sahibini tapacaq.

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

İdman.biz

Məqalədə: