Mbappenin qardaşı Çempionlar Liqasında üç oyunluq diskvalifikasiya olundu

28 Sentyabr 2026 23:57
92
Mbappenin qardaşı Çempionlar Liqasında üç oyunluq diskvalifikasiya olundu

“Lill”in futbolçusu Etan Mbappe Çempionlar Liqasında üç oyunluq diskvalifikasiya cəzası alıb.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, UEFA bu qərarı 19 yaşlı futbolçunun turnirin ümumi mərhələsinin ilk turunda “Betis”lə oyunda qırmızı vərəqə almasından sonra qəbul edib.

Epizodlardan birində Mbappe İspaniya komandasının müdafiəçisi Natana əli ilə zərbə endirib və onun üzünə xəsarət yetirib. Baş hakim Georgi Kabakov video təkrara baxdıqdan sonra fransalı yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə göstərib.

Diskvalifikasiya səbəbindən Mbappe “Lill”in Çempionlar Liqasındakı növbəti üç matçını – “Arsenal”, “Qalatasaray” və “Budö-Qlimt”ə qarşı oyunları buraxacaq.

Etan Mbappe Madrid “Real”ının hücumçusu Kilian Mbappenin kiçik qardaşıdır.

İdman.Biz