“Yuventus” “İnter”in liderini hədəfə alıb

28 Sentyabr 2026 23:23
71
“Yuventus” “İnter”in liderini hədəfə alıb

“İnter”in futbolçusu Hakan Çalhanoğlu karyerasını “Yuventus”da davam etdirə bilər.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, Turin klubu Türkiyə millisinin 32 yaşlı futbolçusu ətrafındakı vəziyyəti diqqətlə izləyir. Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub, lakin sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlar çıxılmaz vəziyyətə düşüb.

Milan klubu oyunçu ilə yeni müqavilə barədə razılığa gələ bilməsə, “Yuventus” yarımmüdafiəçini heyətinə qatmaq imkanını nəzərdən keçirməyə hazırdır.

Çalhanoğlu ilə Türkiyə Superliqası klubları da maraqlanır. Futbolçu 2017-ci ildən İtaliyada çıxış edir. O, ilk dörd mövsümü “Milan”da keçirib, 2021-ci ilin yayında isə azad agent statusunda “İnter”ə keçib.

Cari mövsümdə Çalhanoğlu bütün turnirlərdə dörd matçda meydançaya çıxıb və iki qol vurub. Hazırda yarımmüdafiəçi zədədən sonra bərpa prosesi keçir.

İdman.Biz