Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:10
100
Tiaqo Silva “Fluminense”yə qayıdıb

PSJ, “Çelsi” və Braziliya millisinin keçmiş müdafiəçisi Tiaqo Silva “Fluminense”yə qayıdıb.

İdman.Biz xəbər verir ki, klub 41 yaşlı oyunçunun transferini sosial media səhifəsində elan edib.

Klubun mətbuat xidməti açıqlamasında bildirib ki, “bəzi hekayələr heç vaxt bitmir. Tiaqo Silva geri qayıdıb”.

2026-cı ilin may ayında Silva “Porto”dan pulsuz transferlə ayrılıb. O, əvvəllər 2006-2009-cu illərdə “Fluminense”də oynayıb və 2007-ci ildə Braziliya Kubokunu qazanıb. 2024-cü ildə müdafiəçi Braziliya klubuna qayıdıb və daha iki mövsüm oynayıb. Silva Braziliyada 113 oyun keçirib və yeddi qol vurub. Bu yay o, milli komandanın 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilməyib.

İdman.Biz