“Real” “Arsenal”ın yarımmüdafiəçisini Rodriyə alternativ kimi nəzərdən keçirir

7 Avqust 2026 01:31
65
“Real” “Arsenal”ın yarımmüdafiəçisini Rodriyə alternativ kimi nəzərdən keçirir

"Real Madrid" klubu Rodrini "Mançester Siti"dən transfer edə bilməsə, "Arsenal" və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendini əsas alternativ kimi nəzərdən keçirir.

İdman.Biz bu barədə "El Nacional" qəzetinə istinadən məlumat verir.

Daha əvvəl Rodrinin "Real Madrid"dənsə "Barselona"ya keçməyə üstünlük verdiyi bildirilirdi.

Mənbəyə görə, "topçular"ın yarımmüdafiəçisinin gələcəyi "Nyukasl Yunayted"dən gözlənilən Bruno Gimarayeşin gəlişi səbəbindən qeyri-müəyyən hala gəlib. Buna görə də Zubimendi yeni klub axtarır və agentlərindən həm "Real Madrid", həm də "Barselona" ilə danışıqları yenidən başlatmağı xahiş edib.

Martin Subimendi 2025-ci ilin iyul ayında "Arsenal"a təxminən 65 milyon avro transfer haqqı ilə qoşulub. Onun klubla müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Transfermarkt-ın məlumatına görə, yarımmüdafiəçinin dəyəri 75 milyon avrodur.

İdman.Biz