“Borussiya”nın müdafiəçisi icarə əsasında “Komo”ya keçib

7 Avqust 2026 03:15
65
“Borussiya”nın müdafiəçisi icarə əsasında “Komo”ya keçib

"Borussiya Dortmund"un müdafiəçisi Yan Kuto 2026/2027 mövsümünü icarə əsasında İtaliyanın "Komo" klubunda keçirəcək.

İdman.Biz bildirir ki, baş məşqçi Sesk Fabreqas klubun yeni transferi ilə bağlı şərh verib.

"Yan sağ cinahda bizə müxtəlif seçimlər verən cəsarətli və texniki cəhətdən güclü oyunçudur. Hücumda oynamaqdan zövq alır, əla enerjiyə malikdir və sistemimizə yaxşı uyğunlaşır. Hələ gəncdir, amma artıq vacib təcrübəyə malikdir və inanırıq ki, bizimlə böyüməyə davam edə bilər", - deyə Fabreqas "Komo"nun rəsmi saytında bildirib.

"Komo" 2025/2026-cı il İtaliya Çempionatında 71 xalla dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Fabreqasın komandası ilə yanaşı, "İnter", "Napoli" və "Roma" da Çempionlar Liqasına vəsiqə qazanıb.

İdman.Biz