"Mançester Siti"nin qapıçısı Ceyms Trafford rəsmi olaraq "Lids Yunayted"ə qoşulub.
İdman.Biz bildirir ki, bu barədə "Lids" klubunun mətbuat xidməti sosial mediada məlumat verib.
Mediada yayılan məlumatlara görə, transfer haqqı təxminən 40 milyon funt sterlinq (47 milyon avro) olub ki, bu da ingilis qapıçı üçün rekord məbləğdir.
Ceyms Trafford "Mançester Siti"nin gənclik sisteminin məhsulu olub. O, 2025-ci ildə "Siti"yə qayıtmazdan əvvəl "Akkrinqton Stanley", "Bolton" və "Börnli"də oynayıb. Ötən mövsüm "Trafford" klubda 17 oyun keçirib və səkkiz qapısını toxunulmaz saxlayıb.
"Lids Yunayted" ötən mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yeri tutub.
