UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində “Tvente” (Niderland) – “DAK 1904” (Slovakiya) oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Niderlandın Enshede şəhərində baş tutub və niderlandlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Dan Rots (7), Marko Pyasa (11), Dauda Vaydman (49), Maks Bryuns (56), Ramiz Zerruki (65) və Robin Propper (78) vurublar.
Komandaların cavab oyunu bir həftədən sonra Slovakiyada olacaq.
Bu cütlüyün qalibi növbəti mərhələdə “Qarabağ” – “Dinamo Kiyev” qaşılaşmasının üstün tərəfi ilə oynayacaq.
