Avropa Liqası: “Benfika” “Harts”a 5 top fərqi ilə qalib gəlib

7 Avqust 2026 01:10
70
Avropa Liqası: “Benfika” “Harts”a 5 top fərqi ilə qalib gəlib

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Benfika” (Lissabon, Portuqaliya) “Harts” (Edinburq, Şotlandiya) klubunu qəbul edib.

İdman.Biz bildirir ki, oyun Lissabondakı “Da Luş” stadionunda keçirilib.

“Benfika” qonaqları 6:1 hesabı ilə darmadağın edib.

Qolları meydan sahiblərindən Rafael Silva (3), Tomaş Arauju (23), Vangelis Pavlidis (42, p), Canluka Prestianni (59), Con Duran (87), Andreas Şelderup (90+4, p), qonaqlardan isə Tom Reno (72) vurublar.

Komandalar bir həftədən sonra Şotlandiyada yenidən qarşılaşacaqlar.

Bu cütlüyün qalibi növbəti mərhələdə “Sabah” – “Orhus” duelinin məğlub tərəfi ilə üz-üzə gələcək.

İdman.Biz