Covanni Malaqo İtaliya Futbol Federasiyasının yeni prezidentidir

22 İyun 2026 20:01
95
Covanni Malaqo İtaliya Futbol Federasiyasının yeni prezidentidir

İtaliya Futbol Federasiyası (FIGC) rəsmi saytında Milli Olimpiya Komitəsinin (MOK) keçmiş prezidenti Covanni Malaqonun təşkilatın yeni prezidenti təyin olunduğunu elan edib.

İdman.Biz xəbər verir ki, FIGC prezident seçkiləri Romada keçirilib.

Malaqo səslərin 68,58%-ni toplayaraq 2007-2014-cü illərdə FIGC prezidenti vəzifəsində çalışmış Cankarlo Abeteni məğlub edib. İtaliya Futbol Federasiyasının əvvəlki prezidenti 2018-ci ildən 2026-cı ilə qədər bu vəzifəni tutan Qabriele Qravina idi.

Bundan əlavə, A Seriyasının nümayəndələri Stefano Kampoçça (Udineze), Corco Kyellini (Yuventus) və Cüzeppe Marottadan (İnter) ibarət FIGC Federal Şurasının tərkibi elan edilib.

İdman.Biz