İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” yay transfer pəncərəsində daha bir mərkəz müdafiəçisi ilə heyətini gücləndirə bilər.
İdman.Biz xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, bunun üçün Aksel Disasi, Benua Badiaşil və Tosin Adarabioyonun klubdan ayrılması lazımdır.
Trevo Çaloba isə artıq “Çelsi”dən İtaliyanın “Komo” klubuna keçib. “The Guardian”ın məlumatına görə, transferin ilkin məbləği 25,7 milyon funt sterlinq təşkil edib. Müqavilədə əlavə bonuslar və gələcək satışdan pay da nəzərdə tutulub.
Ceykobs bildirib ki, Disasi, Badiaşil və Adarabioyo da komandadan ayrılsa, “Çelsi” yeni mərkəz müdafiəçisinin transferini nəzərdən keçirə bilər. Bununla belə, hazırda klub üçün əsas prioritet yeni futbolçu almaq deyil, sözügedən oyunçuların satışını reallaşdırmaqdır.
Dörd müdafiəçinin ayrılmasına baxmayaraq, “Çelsi”nin heyətində Maksans Lakrua, Levi Kolvill, Uesli Fofana və Coş Açimponq qalacaq. London təmsilçisi 2026/27 mövsümündə Avropa kuboklarında iştirak etməyəcək.
