Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

13 Oktyabr 2026 13:45
93
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, əsas mərhələsinin ikinci turunda Sloveniyada “Selye” və Kiprin “Omoniya” komandası arasında keçiriləcək matçı idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, “Selye” - “Omoniya” görüşü oktyabrın 15-də keçiriləcək.

İdman.Biz