“Barselona” Mərakeşdə “İttihad Tanjer”lə keçirməyi planlaşdırdığı yoldaşlıq oyununu ləğv edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma avqustun 15-də Tanjer şəhərində keçirilməli idi. Klub açıqlamasında qərarın “mövcud qeyri-müəyyənlik və şərait” nəzərə alınaraq verildiyini bildirib.
İspaniya ilə Mərakeş arasında Seuta ətrafında yaranmış miqrasiya böhranı son günlər bölgədə gərginliyə səbəb olub. “Reuters”in məlumatına görə, iyulun sonu və avqustun əvvəlində on minlərlə miqrant Seutaya keçib, bundan sonra İspaniya təhlükəsizlik tədbirlərini gücləndirib.
“Barselona” üçün görüş maliyyə baxımından da əhəmiyyətli idi. “Mundo Deportivo” yazır ki, Kataloniya klubu Tanjer şəhərində keçirilməsi planlaşdırılan matçdan təxminən 4,5 milyon avro gəlir əldə etməli idi.
