“Barselona”nın yarımmüdafiəçisi “Əl-Hilal”a keçə bilər

7 Avqust 2026 11:50
90
“Barselona”nın yarımmüdafiəçisi “Əl-Hilal”a keçə bilər

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadoya Səudiyyə Ərəbistanı çempionatının klublarının marağı davam edir.

İdman.Biz xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu əvvəllər karyerasını Avropanın aparıcı çempionatlarından birində davam etdirmək niyyətində olduğu barədə yayılan məlumatlara baxmayaraq, “Əl-Hilal”a keçid variantına müsbət yanaşır.

Verilən məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi hələlik yarımmüdafiəçi üçün tələb olunan məbləği ödəməyə hazır deyil. “Barselona” öz yetirməsinin satışından ən azı 30 milyon avro gəlir əldə etmək istəyir.

“Transfermarkt” mütəxəssislərinin qiymətləndirməsinə əsasən, Mark Kasadonun hazırkı transfer dəyəri 18 milyon avrodur.

İdman.Biz
Məqalədə: