1988-ci il Avropa çempionu Con van't Şip Qazaxıstan futbol millisinin yeni baş məşqçisi olacaq.
İdman.Biz xəbər verir ki, 62 yaşlı mütəxəssisin təyinatı Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşəcək.
İcraiyyə Komitəsinin iclası yaxın günlərdə keçiriləcək. Bundan sonra van't Şiplə müqavilə imzalanacaq.
O, futbolçu karyerası ərzində “Ayaks” və “Cenoa”da çıxış edib. Van't Şip Niderland millisinin heyətində 1988-ci ildə Avropa çempionu olub.
Niderlandlı mütəxəssis məşqçilik karyerası ərzində “Tvente”, “Ayaks”, “Melburn Hart”, “Qvadalaxara”, “Melburn Siti”, “PEK Zvolle”, həmçinin Yunanıstan və Ermənistan yığmalarını çalışdırıb.
Van't Şip Qazaxıstan millisində 2025-ci ilin sentyabrından komandaya rəhbərlik edən Talqat Baysufinovu əvəzləyəcək.
