İspaniya Superkubokunun növbəti buraxılışının İstanbulda keçirilməsi planlaşdırılır.
İdman.Biz xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumata görə, turnir 2027-ci ilin fevral ayının ilk həftəsində Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Səudiyyə Ərəbistanı 2020-ci ildə ilk dəfə İspaniya Superkubokuna ev sahibliyi edib, 2022-ci ildən isə turnir davamlı olaraq bu ölkədə keçirilib. İspaniya Futbol Federasiyası 2021-ci ildə Səudiyyə Ərəbistanı ilə müqavilənin 10 il müddətinə uzadıldığını açıqlamışdı.
Lakin 2027-ci ilin yanvar-fevral aylarında Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçirilməsi səbəbindən İspaniya Superkubokunun həmin ölkədə təşkili mümkün olmayacaq. RFEF daha əvvəl 2027-ci il üçün alternativ məkanlarla bağlı təklifləri nəzərdən keçirdiyini təsdiqləyib.
Turnirin yarımfinalında “Real Madrid” “Real Sosyedad”la, “Barselona” isə “Atletiko Madrid”lə qarşılaşacaq.
Məlumata görə, “Barselona” və “Real Madrid” finala yüksəlsələr, bu komandaların baş məşqçiləri Hansi Flik və Joze Mourinyo ilk dəfə bu statusda üz-üzə gələcəklər.
