Ruben Amorim “Milan”ın baş məşqçisi təyin edilib.
İdman.Biz xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
“Biz illərdir Rubeni izləyirik və onun “Sportinq”dəki işi bizdə böyük təəssürat yaratdı və axtardığımız oyun tərzini əks etdirir. O, yeni Avropa nəslinin ən bacarıqlı və innovativ məşqçilərindən biridir - gənc, iddialı, topu dominant şəkildə ələ keçirməklə xarakterizə olunan müasir futbol üslubuna, müasir pressinq sisteminə və aydın taktiki yanaşmaya malikdir”, - deyə “RedBird Capital Partners”in idarəedici direktoru Cerri Kardinale klubun rəsmi saytında bildirib.
“RedBird Capital Partners” İtaliya futbol klubunun sahibidir.
Amorim əvvəllər “Mançester Yunayted”i idarə edib və 5 yanvar 2026-cı ildə klubdan ayrılıb.
