Enzo Fernandes Kukurelyanın “Real”a transfer paylaşımını bəyəndi

15 İyun 2026 10:08
99
Enzo Fernandes Kukurelyanın “Real”a transfer paylaşımını bəyəndi

İngiltərənin “Çelsi” futbol klubunun yarımmüdafiəçisi Enzo Fernandes komanda yoldaşı Mark Kukurelyanın “Real Madrid”ə keçidi ilə bağlı paylaşımı bəyənib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu müdafiəçinin transferi barədə yayılan xəbərə sosial şəbəkədə bəyənib. Onun bu reaksiyası azarkeşlərin və medianın diqqətindən yayınmayıb.

“Real Madrid” Kukurelyanın transferi üçün “Çelsi”yə 55 milyon avro (108 milyon manat) ödəyəcək. Razılaşmada əlavə beş milyon avro (9,8 milyon manat) məbləğində bonus da nəzərdə tutulub.

Daha əvvəl Madrid klubunun Enzo Fernandeslə də maraqlandığı bildirilirdi. Futbolçunun özünün də “Real Madrid”ə keçməyə müsbət yanaşdığı qeyd olunub.

Kukurelya ötən klub mövsümündə bütün turnirlərdə 50 oyuna çıxaraq bir qol vurub və dörd məhsuldar ötürmə edib. İspaniyalı müdafiəçi karyerası ərzində “Barselona”, “Espanyol”, “Eybar”, “Xetafe” və “Brayton” klublarında da çıxış edib.

İdman.Biz