“Nitsa”nın hüquqlarına sahib olan INEOS şirkəti, “Çelsi”nin keçmiş meneceri Liam Roseniora baş məşqçilik təklif etsə də, o, L'Équipe-in məlumatına görə, bundan imtina edib.
İdman.Biz bildirir ki, klubun ABŞ-dan potensial yeni alıcılara satışı uğursuz olub.
Hazırkı rəhbərlik növbəti mövsümə hazırlaşır və əsas diqqət yeni məşqçi işə götürməyə yönəlib. Dekabr ayında “Nitsa”nın çalışdırıcısı vəzifəsini icra edən Klod Puelin bu yay yeni müqavilə imzalamadan ayrılacağı gözlənilir. Rosenior “Çelsi”dəki uğursuz bir dövrdən sonra fasilə vermək qərarına gəldiyi üçün “Nitsa”dan imtina edib.
“Nitsa” ötən mövsüm Liqa 1-də 16-cı yeri tutub.
