“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ruben Amorim “Milan”ı çalışdırmağa hazırdır.
İdman.Biz bildirir ki, bu barədə insayder Nikolo Şira sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, tərəflər 2029-cu ilin yayına qədər davam edəcək əmək müqaviləsi müzakirə edirlər. Bu müqaviləyə əsasən, portuqaliyalı məşqçi mövsümdə 4 milyon avro qazanacaq. Məşqçi “Rossoneri”ni çalışdırmağa razılıq verib və klub rəhbərliyinin yekun qərarını gözləyir.
Ruben Amorim 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər “Mançester Yunayted”i çalışdırıb. Onun karyerasında 2Sportinq Lissabon”, “Braqa” və digər klublar da yer alıb.
Ötən mövsüm “Milan” Seriya A turnir cədvəlində beşinci yeri tutub.
