PSJ “Liverpul”la üç futbolçu ilə bağlı danışıqlar aparıb

11 İyun 2026 05:19
102
PSJ “Liverpul”la üç futbolçu ilə bağlı danışıqlar aparıb

“Pari Sen-Jermen” ukraynalı müdafiəçi İlya Zabarnının mümkün icarə müqaviləsi ilə bağlı “Liverpul” ilə danışıqlara başlayıb.

İdman.Biz bu barədə “Wilson Cox LFC”yə istinadən bildirir.

Mənbənin məlumatına görə, müqavilənin bir hissəsi olaraq müdafiəçi Lukas Beraldo və yarımmüdafiəçi Uorren Zair-Emerinin transferləri də müzakirə olunub. Paris klubunun mersisaydlılara təxminən 58 milyon avroya məcburi satın alma bəndi ilə bir mövsümlük icarə təklif etdiyi bildirilir.

“Liverpul”un hazırkı prioriteti “Bornmut”dan yarımmüdafiəçi Aleks Skottu transfer etməkdir.

İdman.Biz