“Vest Hem Yunayted”in yarımmüdafiəçisi Mateuş Fernandeş “Real Madrid” və “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
İdman.Biz-in Nikolo Şiraya istinadən verdiyi məlumata görə, hər iki klub 21 yaşlı portuqaliyalı futbolçu ilə müqavilə imzalamaq üçün aktiv danışıqlar aparır.
“Vest Hem”in Premyer Liqadan düşməsinə baxmayaraq, klub oyunçunun satışından xeyli məbləğ əldə edə bilər. “Vest Hem” əsas oyunçuları ilə ayrılmağa hazırdır və Çempionşipə düşməsindən sonra yaranan maliyyə itkilərini kompensasiya etmək üçün Fernandeşə ən azı 90 milyon avro qiymət qoyub.
Fernandeş “Vest Hem”ə 2025-ci ilin avqustunda “Sauthempton”dan 44 milyon avroya keçib. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 42 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt Fernandeşi 50 milyon avro dəyərində qiymətləndirir.
