“Arsenal”ın 30 yaşlı qapıçısı David Raya London klubunun may ayının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz bildirir ki, bu barədə “topçular”ın mətbuat xidməti komandanın rəsmi saytında məlumat verib.
Ötən ay qapıçı bütün yarışlarda beş oyun keçirib və UEFA Çempionlar Liqasının finalında PSJ-yə qarşı (1:1, penaltilərdə 4:3) cəmi bir qol buraxıb. Ötən mövsüm Raya 51 oyun keçirib və 28 qapısını quru saxlayıb. Raya həmçinin üçüncü dəfə Premyer Liqanın “Qızıl Əlcək” mükafatını qazanıb.
Raya hazırda İspaniya millisi ilə 2026-cı il dünya çempionatına hazırlaşır. Onların Kabo-Verde ilə ilk oyunu 15 iyunda keçiriləcək.
