Hazırda “Qalatasaray”da oynayan keçmiş “Mançester Siti” və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Fransanın Liqa 2-də yer alan “Monpelye” klubunun həmsahibi ola bilər.
İdman.Biz bu barədə “L'Équipe” qəzetinə istinadən məlumat verir.
Mənbəyə görə, Gündoğan klubda pay almağı planlaşdıran Britaniyanın GSS fondu ilə əlaqəli potensial investorlar arasındadır. “Monpelye” hələlik idarəetmə strukturunda hər hansı bir dəyişiklik açıqlamayıb. Potensial müqavilədə digər əsas fiqur keçmiş “Arsenal” oyunçusu Daniel Karbassiyundur.
“Monpelye” ötən mövsüm Liqa 2-də səkkizinci yeri tutub. Komanda 2011/12 mövsümündə Fransa çempionluğunu qazanıb.
