“Barselona” 2028-ci ildən sonra Fabreqası təyin etmək istəyir

8 İyun 2026 22:58
81
“Barselona” 2028-ci ildən sonra Fabreqası təyin etmək istəyir

“Barselona” Hans-Diter Flikin gedişindən sonra Françesk Fabreqası baş məşqçi təyin etmək istəyir.

İdman.Biz-in Catalunya Radio-ya istinadən verdiyi məlumata görə, Dekonun rəhbərlik etdiyi “Barselona”nın idman departamenti Fabreqası komandanın gələcək baş məşqçi vəzifəsinə əsas namizəd hesab edir.

Kataloniyalılar artıq Flikin müqaviləsi başa çatdıqda, 2028-ci ildə mümkün təyinatla bağlı “Komo”nun məşqçisi ilə əlaqə saxlayıblar.

Həmçinin iddia edilir ki, “Barselona” bir neçə ay əvvəl “Komo”ya Fabreqasla bağlı müraciət edib. Joan Laportanın məsləhətçisi Alehandro Eçevarria 2028-ci ildən sonra Françeskin mümkün təyinatına cavabdehdir.

İdman.Biz