Fransanın “Lill” klubu rəsmi saytında 39 yaşlı hücumçu Olivye Jiru ilə müqaviləni uzatdığını elan edib.
Jiru ötən mövsüm 44 matçda 11 qol vurub və bir məhsuldar ötürmə edib.
“Burada macəramı davam etdirdiyim üçün çox xoşbəxtəm. “Lill”də özümü əla hiss edirəm, hər şeyi sevirəm. Bu mövsüm bütün Fransa stadionlarında olduğu kimi, “Lill”də azarkeşlərin qarşılanması ürəyimi həqiqətən isidir. Ən əsası, çox çalışan və metodları və nəticələri ilə seçilən bir klub olan “Lill”in dəyərlərini bölüşürəm. Həmişə daha çox şey istəyirəm və yeni mövsümdə daha yaxşı nəticələr əldə etməyə davam etmək əzmindəyəm”, - Jirunun rəsmi saytında onun sözləri sitat gətirilir.
O, əvvəllər “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan”, “Los-Anceles” və digər klublarda oynayıb. O, həmçinin Fransa millisi ilə dünya çempionu olub.
