“Milan” yenə Jan-Filip Mateta ilə maraqlanır

8 İyun 2026 18:40
123
“Milan” yenə Jan-Filip Mateta ilə maraqlanır

“Milan” “Kristal Palas”ın hücumçusu Jan-Filip Mateta ilə yenə maraqlanır.

İdman.Biz bildirir ki, klub əvvəlki qış pəncərəsində oyunçunu əldə etməyi düşünmüşdü, lakin dizindəki problemlər səbəbindən müqavilə baş tutmadı.

Fransalı futbolçunun artıq “Kristal Palas”dan ayrılan və hazırda İtaliya klubu ilə danışıqlar aparan məşqçisi Oliver Qlasnerlə birlikdə “Milan”a keçə biləcəyi güman edilir.

Matetanın İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, 2025/2026 Premyer Liqa mövsümündə 12 qol vurub, həmçinin Konfrans Liqasının finalında “Rayo Valyekano”ya qarşı 1:0 hesablı qələbə qazanılan oyunda yeganə qolu vurub.

Hücumçu hazırda 2026-cı il dünya çempionatında Fransa millisinin heyətindədir.

İdman.Biz