Argentinalı müdafiəçi Markos Senesi tezliklə “Tottenhem Hotspur” komandasına qoşulacaq.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, oyunçu London klubuna azad agent kimi qoşulacaq. Tərəflər dörd illik müqavilə imzalayacaqlar. Oyunçu mart ayında “Tottenhem”lə müqavilə şərtlərini razılaşdırıb.
Senesi karyerasına “Feyenoord”da başlayıb və 2022-ci ildə 15 milyon avroya “Bornmut”a keçib. Argentinalı “albalılar”da oynadığı müddətdə 128 oyun keçirib, altı qol vurub və 10 məhsuldar ötürmə edib.
