“Arsenal” braziliyalı yarımmüdafiəçiyə görə 100 milyon avro xərcləməyə hazırdır

1 Avqust 2026 10:31
97
“Arsenal” braziliyalı yarımmüdafiəçiyə görə 100 milyon avro xərcləməyə hazırdır

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşin karyerasını böyük ehtimalla Londonun “Arsenal” klubunda davam etdirəcəyi bildirilir.

İdman.Biz “Globo”ya istinadən xəbər verir ki, uzun sürən danışıqlardan sonra "sağsağanlar" braziliyalı futbolçunun "topçular"a satılmasına razılıq verib.

Tərəflər arasında yalnız transferin son detallarının razılaşdırılması qalıb.

Məlumata görə, bu keçid "Arsenal"a təxminən 99 milyon avroya başa gələcək.

Bruno Gimarayeş "Nyukasl"ın heyətində 195 oyunda meydana çıxıb, 31 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı yarımmüdafiəçi ötən mövsüm 41 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

İdman.Biz