İkinci Liqada çıxış edən “Quba” futbol komandasının adı dəyişdiriləcək.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi satılır.
Klubun yeni sahiblərinə verilməsi prosesi artıq yekunlaşmaq üzrədir və yaxın vaxtlarda bununla bağlı bütün detalların rəsmiləşdirilməsi gözlənilir.
Bildirilir ki, “Quba” mövsümün ilk dövrəsini hazırkı adı ilə keçirəcək. Lakin bundan sonra komanda “Bərdə” adı altında fəaliyyətini davam etdirəcək. Bununla da İkinci Liqada yeni ad altında mübarizə aparacaq.
Qeyd edək ki, ölkə futbolunda klub adlarının dəyişməsi ilə bağlı daha bir yenilik gözlənilir. Belə ki, Birinci Liqada çıxış edən “Səbail” yeni mövsümdən “Quba” adı ilə çıxış etmək niyyətindədir. Beləliklə, “Quba” adı Birinci Liqada təmsil olunacaq, hazırkı İkinci Liqa klubu isə fəaliyyətini “Bərdə” kimi davam etdirəcək.
