Amsterdamın “Ayaks” klubu rəsmi saytında yarımmüdafiəçi Yulian Brandtı azad agent kimi transfer etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, oyunçu yeni klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Brandt 2019-cu ildən “Borussiya Dortmund”da çıxış edirdi. 2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 41 oyun keçirib, 11 qol vurub və dörd məhsuldar ötürmə edib. Bundan əvvəl o, “Bayer Leverkuzen”də oynayıb. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 15 milyon avrodur.
“Ayaks” ötən mövsüm Erediviziya turnir cədvəlində beşinci yeri tutub.
