Belçika millisi yoldaşlıq oyununda Tunisi darmadağın edib

6 İyun 2026 20:17
135
Belçika millisi yoldaşlıq oyununda Tunisi darmadağın edib

Belçika və Tunis futbol milliləri arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Belçikanın paytaxtı Brüsseldəki “Roi Baudouin-Koning Boudewijn” stadionunda keçirilib.

Oyun Avropa komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Belçikalı hücumçu Leandro Trossard matçın ilk qolunu 28-ci dəqiqədə vurub. İkinci hissədə, 53-cü dəqiqədə Şarl De Ketelaere Avropa komandasının üstünlüyünü artırıb. 65-ci dəqiqədə Kevin De Brüyne üçüncü qolu vurub. Oyunun sonlarında Dodi Lukebakio və Nikolas Raskin qol vuraraq hesabı 5:0 ediblər.

Belçika və Tunis milli komandaları 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar. Yarış 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.

Tunis F qrupunda Yaponiya, İsveç və Niderland ilə mübarizə aparacaq. Belçika isə G qrupunda Misir, İran və Yeni Zelandiya milli komandaları ilə oynayacaq.

İdman.Biz