“Fiorentina” rəsmi saytında Paolo Vanolinin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.
İdman.Biz bildirir ki, ötən mövsümdə “Fiorentina” A Seriyasında 15-ci yeri tutub.
“Paolo Vanoliyə və onun qərargahına şəxsən təşəkkür etmək istəyirəm. Onlar komandanın sonuncu yerdə olduğu və hələ də bir qələbə qazana bilmədiyi son dərəcə çətin bir dövrdə gəldilər və komandanı ayağa qaldırmaq üçün güc, fədakarlıq və cəsarətə sahib idilər. Onlar inamı, birliyi və həmrəyliyi bərpa etdilər, “Fiorentina”nı A Seriyası tarixində heç bir komandanın qaça bilmədiyi böhrandan çıxardılar. Minnətdarlığım, hörmətim və gələcəyə ən xoş arzularım Paolo və onun komandası ilə əbədi olaraq qalacaq”, - “Fiorentina”nın mətbuat xidməti klub prezidenti Cüzeppe Komissonun sözlərini sitat gətirib.
