İspaniya və İraq arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun La Korunyadakı “Abanca-Riazor” stadionunda keçirilib və 1:1 hesabı ilə bitib.
Ev sahibi komandanın hücumçusu Ferran Torres 16-cı dəqiqədə hesabı açıb. Qonaq müdafiəçi Merjas Doski 27-ci dəqiqədə bərabərlik qolunu vurub.
Hər iki milli komanda 2026-cı il dünya çempionatında iştirak edəcək.
İspaniya milli komandası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində ikinci, İraq milli komandası isə 57-ci yerdədir.
