“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real Madrid” prezidentliyinə namizəd Enrike Rikelmenin seçkilərdə qalib gələcəyi təqdirdə onu transfer edəcəyinə dair vədinə münasibət bildirib.
İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.
“Mən burada dünya çempionatı haqqında danışmaq üçün gəlmişəm. Gələcəyimlə bağlı hər şeyi dünya çempionatından sonraya təxirə salmalı olacağam”, - Rodri deyib.
Rikelme həmçinin prezident seçkilərində qalib gələcəyi təqdirdə “Mançester Siti”nin hücumçusu Erlinq Holandla “Real Madrid” arasında müqavilə imzalayacağına söz verib. Seçkilər 7 iyunda keçiriləcək. Rikelme “Los Blancos”un hazırkı prezidenti Florentino Pereslə mübarizə aparır.
