Emiliano Martines dünya çempionatının final rekordunu yenilədi

20 İyul 2026 04:05
552
Emiliano Martines dünya çempionatının final rekordunu yenilədi

Argentina futbol millisinin qapıçısı Emiliano Martines DÇ-2026-nın İspaniyaya qarşı final matçında rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı qolkiper qarşılaşmanın əsas vaxtında rəqibin 10 zərbəsini dəf edib.

Bu, statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatlarının final oyunlarında bir qapıçının göstərdiyi ən yüksək nəticədir. Martinesin inamlı çıxışı Argentinanın İspaniyanın böyük üstünlüyünə baxmayaraq, əsas vaxtı qol buraxmadan başa vurmasında mühüm rol oynayıb.

Nyu-Cersi ştatının İst-Ruterford şəhərindəki “MetLife” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Oyunun əlavə vaxtında isə Ferran Torresin yeganə qolu ilə İspaniya dünya çempionu adına sahib çıxıb.

İdman.Biz