FIFA Argentina yığmasının futbolçularının dünya çempionatının final oyunundan sonra davranışları ilə bağlı araşdırmaya başlayıb.
İdman.Biz bu barədə “Sky Sports”a istinadən məlumat verir.
Finalda İspaniya Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Məlumata görə, oyundan sonra Cənubi Amerika təmsilçisinin futbolçusu Leandro Paredes əvvəlcə rəqib müdafiəçi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib. Bu davranışından sonra onu komanda yoldaşları sakitləşdiriblər. Bundan başqa, Argentina millisinin müdafiəçisi Nauen Molina ispan futbolçu Rodriyə qarşı kobud hərəkət etməyə cəhd göstərib. Argentinanın məşqçilər korpusunun üzvü Roberto Ayala isə Dani Olmoya yumruq vurmağa cəhd edib.
Mükafatlandırma mərasimində Argentina millisinin futbolçuları İspaniya yığmasına tərəf çevrilməyiblər. Onlar tribunaya yaxınlaşaraq azarkeşlərinə dəstəyə görə təşəkkür ediblər. İspaniya millisinin futbolçuları isə gümüş medalları almaq üçün podiuma çıxan rəqiblərini alqış dəhlizi ilə qarşılayıblar.
