Rikelme “Real”a təyin etmək istədiyini baş məşqçinin adı məlum olub

4 İyun 2026 21:35
91
Rikelme “Real”a təyin etmək istədiyini baş məşqçinin adı məlum olub

“Real Madrid”in prezidentliyinə namizəd Enrike Rikelme baş məşqçi vəzifəsinə Yurgen Kloppu təyin etmək istəyir.

İdman.Biz bildirir ki, bu barədə məlumatı insayder Fabrizio Romano verib.

“Enrike Rikelme tezliklə istədiyi yeni məşqçinin adını açıqlayacaq... Və yenə də mənbələr mənə deyir ki, bu, Yurgen Klopp olmalıdır.

Florentino Peresin namizədi artıq rəsmi olaraq Joze Mourinyodur. Mənbələr Enrike Rikelmenin təklif etdiyi potensial namizəd kimi Yurgen Kloppu göstərir, lakin o, azarkeşlərə öz strategiyasını və adını özü deyəcək, ona görə də gözləyək görək”, - Romano bildirib.

Klopp 2024-cü ildə “Liverpul”dan ayrıldıqdan bəri məşqçi vəzifəsində çalışmayıb.

İdman.Biz