Rikelme: “Barselona” 12 oyunçu ilə oynayır, hakim onların tərəfindədir”

4 İyun 2026 05:41
113
Rikelme: “Barselona” 12 oyunçu ilə oynayır, hakim onların tərəfindədir”

“Real Madrid” prezidentliyinə namizəd Enrike Rikelme İspaniya liqasını ədalətsiz hakimlik etməkdə, hakimləri isə “Barselona”ya üstünlük verməkdə günahlandırıb.

İdman.Biz bildirir ki, “Real Madrid”in prezidenti seçkiləri iyunun 7-də keçiriləcək. Bu vəzifəyə ikinci namizəd hazırkı president Florentino Peresdir.

“Bəzən “Barselona”da 12 oyunçu oynayır, çünki hakim onların tərəfindədir”, - “Marca” Rikelmedən sitat gətirib.

Florentino Peres isə daha əvvəl bildirmişdi ki, “Los Blancos” 2025/2026 mövsümündə hakim qərarlarına görə 18 xal itirib. Peres həmçinin vurğulayıb ki, “Los Blancos” onun rəhbərliyi altında daha yeddi La Liqa titulunu qazanmalı idi.

“Barselona” 2025/2026 mövsümündən sonra İspaniya liqasının cədvəlində 38 oyundan 94 xalla birinci yeri tutub. “Real Madrid” isə 86 xalla ikinci olub.

İdman.Biz