“Mançester Yunayted” “Brentford”un hücumçusu İqor Tiaqo ilə maraqlanır.
İdman.Biz bildirir ki, jurnalist və insayder Ben Ceykobs bu barədə məlumat verib.
24 yaşlı braziliyalı futbolçunun potensial transferi hücumçu Coşua Zirkzeenin gələcəyindən asılıdır. “Qırmızılar” yalnız niderlandlı hücumçu ayrılacağı təqdirdə yeni oyunçu transfer etməyi düşünəcək.
Tiaqo 2025/26 mövsümündə “Brentford”da bütün yarışlarda 25 qol vurub. “Old Trafford”da ikinci mövsümündə Zirkzee 26 matçda cəmi iki qol vurub. Braziliyalıya maraq 2026-cı il dünya çempionatından sonra arta bilər.
Transfermarkt-a görə, Tiaqonun bazar dəyəri 65 milyon avrodur.
