Enrike Rikelme: “Mourinyo bizim məşqçimiz deyil”

4 İyun 2026 01:36
93
Enrike Rikelme: “Mourinyo bizim məşqçimiz deyil”

“Real Madrid”in prezidentliyə namizədi Enrike Rikelme seçki kampaniyası vədi verərək, Joze Mourinyonu “Los Blancos”un baş məşqçisi təyin etməyəcəyini bildirib.

İdman.Biz bildirir ki, daha əvvəl “Real Madrid”in hazırkı prezidenti Florentino Peres növbəti seçkilərdə qalib gələcəyi təqdirdə Joze Mourinyonu baş məşqçi təyin edəcəyini açıqlamışdı.

“Seçkilərdə qalib gəlsəm, “Real Madrid”ə superulduz məşqçi gətirəcəyəm. Təsəvvür edə biləcəyiniz ən böyük məşqçini.

Joze Mourinyo bizim məşqçimiz deyil. Bütün “Real Madrid” azarkeşlərinin həqiqətən istədiyi məşqçini alacağıq”, - deyə jurnalist Fabrizio Romano Rikelmenin X sosial media saytında dediyi sözləri sitat gətirib.

“Real Madrid”də prezident seçkiləri iyunun 7-də keçiriləcək.

İdman.Biz