Niderland və Əlcəzair arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç Niderlandın Rotterdam şəhərindəki “Feyenoord” stadionunda keçirilib.
Afrika təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 86-cı dəqiqədə Anis Hac Musa vurub.
Niderland və Əlcəzair milli komandaları 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Niderland F qrupunda Yaponiya, İsveç və Tunislə, Əlcəzair isə J qrupunda Argentina, İordaniya və Avstriya milli komandaları ilə qarşılaşacaq.
DÇ-2026-nın final mərhələsində qırx səkkiz komanda iştirak edəcək. Yarış 2026-cı il 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək.
