“Kristal Palas” yeni baş məşqçi seçib - Romano

3 İyun 2026 18:45
80
“Kristal Palas” yeni baş məşqçi seçib - Romano

İngiltərənin “Kristal Palas” klubu baş məşqçi vəzifəsinə üstünlük verdiyi namizədi müəyyən edib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabrizio Romanonun sosial media hesabında məlumat verib.

Məlumata görə, London klubu “Lans”dan Pyer Sajı təyin etmək istəyir.

“Kristal Palas” Saj ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib. Tərəflər razılığa yaxındırlar.

Daha əvvəl digər insayderlər Sajın “Lans”dan ayrılmaq qərarına gəldiyini bildirmişdilər. Bu arada, yayda komandadan ayrılacaq “Kristal Palas”ın hazırkı məşqçisi Oliver Qlasner “Milan”a keçməyə yaxındır.

“Kristal Palas” İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yeri tutub. Klub həmçinin UEFA Konfrans Liqasının qalibi olub.

İdman.Biz